Avropa İttifaqından Ermənistana yardım gəlir
Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir.
Yenixeber.org: Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
“Biz Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi imkanlarını və Ermənistan üçün viza rejiminin liberallaşdırılması variantını öyrənəcəyik”, - o bildirib.