BMT-də bayraqlar yarıya endirildi -SƏBƏB
Birləşmiş Millətlər Təşkilatında bayraqlar yarıya qədər endirilib.
Yenixeber.org: Bu barədə BMT-nin "X" hesabında paylaşım edilib.
“Son həftələrdə Qəzzada öldürülən həmkarlarımıza yas saxlamaq və onlara hörmət etmək üçün bazar ertəsi günü dünyanın müxtəlif yerlərində yerləşən Baş Qərargah və ofislərimizdə BMT bayraqları yarıya qədər endirilir.
Mülkilər və humanitar yardımçılar hədəf deyil”, - deyə BMT-dən bildirilib.