ABŞ İsrail ordusu ilə məsləhətləşir...
ABŞ Qəzza zolağındakı tibb müəssisələrinə təsir edən döyüşlərə qarşıdır.
Yenixeber.org: Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Vaşinqton bu mövqeyini İsrail Müdafiə Qüvvələrinə çatdırıb:
"ABŞ günahsız insanların, tibbi yardım alan xəstələrin atəşə tutulduğu xəstəxanalarda atışma görmək istəmir. Bu məsələ ilə bağlı İsrail ordusu ilə aktiv məsləhətləşmələr aparmışıq".