Növbəti ildə bu məbləğ 15 milyon manata çatdırılacaq
"Bu il ilk dəfə olaraq 13 milyon manata yaxın sığorta ödənişi həyata keçiriləcək".
Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, növbəti ildə bu məbləğin 15 milyon manata çatdırılması nəzərdə tutulur.