Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

TÜRKSOY-un növbəti iclası Türkmənistanda keçiriləcək

TÜRKSOY-un növbəti iclası Türkmənistanda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə oktyabrın Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib.

Yenixeber.org: Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini qeyd edib.

Nazir iclasda qəbul olunmuş qərarların həm TÜRKSOY, həm də üzv dövlətlər üçün faydalı olacağını bildirib.

İclasda maliyyə işlərinin tənzimlənməsi, kadr məsələlərin, iş qaydaları və sair məsələlər üzrə vacib qərarlar qəbul edilib.

Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.

İki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam