Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Kadırov qızını bu gün təltif etdi -dünən vəzifə vermişdir

Kadırov dünən vəzifə verdiyi qızını bu gün təltif etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov böyük qızı Ayşat Kadırovaya ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edib.

Yenixeber.org: Bu barədə o, özünün teleqram kanalında yazıb.

Kadırovun fərmanı ilə 25 yaşlı Ayşat, həmçinin “Çeçenistan Respublikasının xalq artisti” adına layiq görülüb.

"Mükafatlandırma mərasimi Daqun Omayev adına Qroznı Şadlıq Sarayında Çeçenistanın xalq artisti Valid Qadayevin konsertindən sonra baş tutub. Musiqiçi Prezident Vladimir Putinin fərmanı ilə “Rusiya Federasiyasının əməkdar artisti” adına layiq görülüb, o, həmçinin respublikanın ən yüksək mükafatı - Kadırov ordeni ilə təltif edilib", - Kadırov qeyd edib.

Xatırladaq ki, dünən, oktyabrın 2-də Ramzan Kadırov qızını Çeçenistan hökumətinin baş nazirinin sosial məsələlər üzrə müavini təyin edib. Ayşat 2021-ci ilin oktyabr ayından respublikanın mədəniyyət naziri vəzifəsində çalışır. 2022-ci ilin iyununda o, Çeçenistanın Birinci Prezidenti ordeni ilə təltif edilib.

Mart ayında Kadırov 20 yaşlı qızı Xutmatı Çeçenistan hökumətinə səhiyyə nəzarətçisi təyin edib. Aprel ayında isə o, qardaşı oğlu Xamzat Kadırovun regionun təhlükəsizlik blokuna müşaviri təyin edildiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam