Ukraynaya qarşı bu qadağa götürülməyəcək
“Varşava Ukrayna taxılının tədarükünə mane olmaqda davam edəcək”.
Yenixeber.org: Bunu Polşa Prezidenti Anjey Duda bildirib.
Polşanın öz maraqlarını müdafiə edəcəyini və həm daxili bazarını, həm də Avropa İttifaqı (Aİ) bazarını qoruyacağını deyən Polşa lideri, Varşavanın Ukrayna taxılına qarşı sentyabrın 15-də başa çatacaq blokadanı qaldırmayacağını vurğulayıb.