Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

TEHRANDAN ZƏNGƏZUR DƏHLİZİNƏ QARŞI SƏRSƏM İDDİALAR - “Turan dəhlizi artıq İran ərazisindən keçir..."

“Əgər Ermənistanın suveren qərarlarına İranın müşavirləri bu cür müdaxilə edirsə, Bakı Ermənistan hökumətinin təkliflərini necə ciddi qəbul edə bilər?”

Yenixeber.org: İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər region üçün deyil, ilk növbədə Ermənistanın öz suverenliyi üçün təhlükədir.

Bu barədə politoloq Fərhad Məmmədov “Telegram” kanalında paylaşdığı analitik şərhdə bildirib.

O qeyd edib ki, Vilayətinin səsləndirdiyi iddialar İran hakimiyyətini zəbt etmiş qrupun region ölkələrinin qərarvermə hüququna göstərdiyi hörmətsiz münasibəti bir daha nümayiş etdirir.

Fərhad Məmmədov vurğulayıb: “Vilayətinin Zəngəzur dəhlizini İran və Rusiyanı qurudan mühasirəyə almaq məqsədi daşıyan layihə kimi təqdim etməsi təkcə məntiqsiz bəyanat deyil – bu, reallıqla açıq-aşkar ziddiyyət təşkil edir. Rusiyanın və İranın dənizə çıxışı mövcuddur, həmçinin bu iki ölkə həm Xəzər dənizi, həm də Orta Asiya vasitəsilə birbaşa əlaqəyə malikdir. Belə olan halda bu ölkələrin ‘qurudan mühasirəyə alınması’ iddiası absurddur.”

Politoloq bildirib ki, Vilayətinin “Müqavimət oxu” ifadəsi artıq real məzmununu itirib: “Bu ‘ox’dan sadəcə dağıntılar qalıb. Əslində qalan yalnız reallığa və praqmatizmə qarşı müqavimətdir.”

Fərhad Məmmədovun sözlərinə görə, İran tərəfi Zəngəzur dəhlizini ABŞ, NATO, İsrail və guya “pantürkist çevrələrin” layihəsi kimi təqdim etməklə, adi bir dəmir yoluna süni şəkildə strateji çalarlar qazandırmağa çalışır. Məqsəd isə İranda bəzi dairələrin ölkə daxilində öz nüfuzunu gücləndirmək cəhdidir.

O, eyni zamanda xatırladıb ki, artıq Naxçıvana gedən dəmir yolu İrandan keçir və yaxın illərdə bu marşrut üzrə daha bir xətt istifadəyə veriləcək: “Turan dəhlizi artıq İran ərazisindən keçir və türkdilli ölkələr İran vasitəsilə bir-birinə bağlanır. Yəni bu dəhliz faktiki olaraq mövcuddur və genişlənməkdədir.”

İranın müşavirinin guya yeni aktiv siyasət kursuna keçilməsi barədə fikirlərinə gəlincə, Məmmədov kinayəli şəkildə qeyd edib: “12 günlük müharibə dövründə biz bu 'aktiv siyasət'i gördük. Xüsusilə də İsrailin İran ərazisində yayılmış PUA zavodları fonunda. Görün nə qədər obyekt hələ də aşkarlanmayıb – onları biz yeni müharibə zamanı öyrənəcəyik...”

Fərhad Məmmədov bildirib ki, Vilayəti və onun kimi şəxslər bu gün Suriyadakı müharibəyə göndərilən əfqan şiələrin İrandan deportasiyası ilə məşğuldur: “Bu insanlar vaxtilə 2-3 dollar qarşılığında İslam Respublikasının maraqları naminə döyüşməyə göndərilirdi. İndi isə onlara yer qalmayıb – İranda şiə əfqanların etnik təmizlənməsi gedir.”

Ermənistan məsələsinə toxunan Məmmədov vurğulayıb ki, rəsmi İrəvanın Azərbaycanla ikitərəfli formatda kommunikasiyaların açılması istiqamətində cəhdlərinə baxmayaraq, İran tərəfinin bu tip bəyanatları Ermənistanın bu təşəbbüslərinin uğursuzluğa düçar olmasına səbəb olur: “Əgər Ermənistanın suveren qərarlarına İranın müşavirləri bu cür müdaxilə edirsə, Bakı Ermənistan hökumətinin təkliflərini necə ciddi qəbul edə bilər?"

O əlavə edib ki, Vilayəti heç bir halda kommunikasiya layihəsinin Ermənistanın suverenliyi çərçivəsində gerçəkləşə biləcəyini demir, əksinə, ümumiyyətlə belə bir layihənin mövcudluğunu inkar edir.

Sonda politoloq Ermənistan rəhbərliyinə çağırış edib: “İrəvan rəhbərliyi anlamalıdır ki, onların kommunikasiya mövzusunu aktuallaşdırmaq cəhdləri iflasa uğrayıb. ABŞ-a dəhliz verməkdən imtina etdilər, amma özləri də alternativ təkliflə çıxış edə bilmədilər. İran isə istənilən açılışa qarşı çıxır. Bu isə 2021–2023-cü illərdə Paşinyanın düşünülməmiş siyasətinin nəticəsidir. O zaman Qarabağ uğrunda ümidverici olmayan mübarizədə hər kəsdən yardım istəyən Paşinyana indi ən sərt formada cavab verilir...”

Fərhad Məmmədovun fikrincə, Ermənistan artıq daha real məsələlərə fokuslanmalıdır – məsələn, ATƏT-in Minsk Qrupunun tamamilə ləğvinə.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam