Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Taxıl blokadası:Ukraynanı nə gözləyir?

Macarıstan və Polşa Ukraynadan taxıl idxalına qadağa qoyub. Kiyev üçün gözlənilməz qərarı Avropanın digər ölkələri - Slovakiya və Bolqarıstan da dəstəkləyib. Bu ölkələr də Ukraynadan məhsul alışını dayandırmaq ideyasını nəzərdən keçirdiklərini açıqlayıblar.  Maraqlıdır, Polşa və Macarıstanın Ukraynadan taxıl idxalını dayandırmasının gerçək səbəbi nədir?  

Yenixeber.org: Əvvəlcə bildirək ki, aprelin 15-də Varşava Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının Ukraynadan idxalına müvəqqəti qadağa qoyub. Bu mallar üçün xüsusi əməliyyat başlayandan Avropa İttifaqı (Aİ) Avropa bazarına çıxış üçün üstünlüklər müəyyən edib, xüsusən idxal rüsumlarını demək olar ki, sıfırlayıb. Amma ötən ilin sonundan Avropa İttifaqının sərhədyanı ölkələrinin fermerləri bildirirdilər ki, ucuz Ukrayna məhsullarının peyda olması həm yerli fermerləri, həm də istehsalatı çətin vəziyyətə salıb.   

Daha sonra 2023-cü ilin fevral ayından etibarən bir neçə Avropa ölkəsi, o cümlədən, Polşa və Macarıstan Brüsseli problemin həlli üçün vəsait ayırmağa çağırıb. Lakin rəsmi Brüssel çağırışlara cavab verməyib. Son bir neçə həftə ərzində Polşa, Macarıstan və Rumıniyada fermerlər ucuz Ukrayna taxılının daxili bazara çıxışını qadağan etməyə çağıraraq tətilə başlayıblar. Kənd təsərrüfatı istehsalçıları sərhəd keçid məntəqələrindən gedən yolları bağlayıblar.  

Polşalı ekspertlər bildirirlər ki, ölkə böhran vəziyyətindədir. Etirazçıların fikrincə, Polşa Ukraynanı dəstəkləsə də, fermerlərinin maraqlarını qorumalıdır.  

Onu da bildirək ki, hazırkı qadağa iyunun 30-dək qüvvədə olacaq, amma Varşavanın müddəti uzada biləcəyi istisna edilmir. Bu qadağalar təkcə dənli bitkilərə deyil, şəkər, yumurta, ət, süd və digər süd məhsullarına, meyvə-tərəvəzə də şamil ediləcək.  

 

Polşadan sonra şənbə günü Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulduğunu elan edib. Həm Polşa, həm də Macarıstan hakimiyyəti mövcud vəziyyətə görə Avropa İttifaqının rəhbərliyini günahlandırıb. 

Bununla belə, Varşava və Budapeşt müxalifəti fərqli fikirdədir. Müxalif siyasətçilər hesab edirlər ki, problemə görə Polşa və Macarıstanın dövlət şirkətləri məsuliyyət daşıyır. İttihamlara görə, yerli şirkətlər ucuz və keyfiyyətsiz Ukrayna taxılını alır, sonra yüksək keyfiyyətli məhsul adı altında çörək, makaron fabriklərinə satırlar. Bununla da bazarda təklif tələbi üstələyir, alış qiymətləri aşağı düşür, nəticədə fermerlər zərər çəkir.   

Slovakiyada “Smer” partiyasının lideri, keçmiş baş nazir Robert Fiko da ölkə hakimiyyətini “dərhal” Ukrayna taxılının idxalını qadağan etməyə çağırıb. O bildirib ki, slovak fermerləri uzun müddətdir kömək üçün fəryad edirlər. Sabiq hökumət başçısının sözlərinə görə, Slovakiyanın hazırkı Baş naziri Eduard Hegerin nəzarət edilən ərzaq təhlükəsizliyi vəziyyəti ilə bağlı verdiyi zəmanətlərə etibar etmək olmaz.  

Digər tərəfdən Polşanın belə bir addım atmasının səbəbini ölkədə keçiriləcək seçkilərlə əlaqələndirirlər. Belə ki, fermərlərin səs çoxluğunu itirmək istəməyən hakimiyyətin bu səbəbdən addım atdığını iddia edirlər. Digər tərəfdən ikinci amil isə may ayında Rusiya taxılının və gübrələrinin ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün öz şərtlərini yerinə yetirmədən uzatmayacağı ilə hədələməyidir. Əgər o vaxta qədər Şərqi Avropa ilə məsələ həll olunmasa, Ukrayna taxılının ixracı demək olar ki, tamamilə bloklanma riski ilə üzləşəcək.  

  

                Ukraynanın gözlənilməz qadağaya münasibəti necədir və bu ölkəni nə gözləyir?  

Qeyd edək ki, Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi Polşanın Ukrayna taxılının idxalını qadağan etmək qərarını pisləyib.   

"Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi polşalı həmkarlarının Ukraynadan kənd təsərrüfatı mallarının (o cümlədən tranzitlə) Polşa ərazisinə ixracını müvəqqəti məhdudlaşdırmaq barədə qərar qəbul etməsindən təəssüflənir", - rəsmi məlumatda deyilir.  

           Nazirlik, həmçinin Polşanın qərarlarının razılaşmalara zidd olduğunu qeyd edib: 

"Bir həftə əvvəl razılaşdıq ki, 4 məhsul - buğda, qarğıdalı, günəbaxan toxumu 2023-cü il iyulun 1-dək yalnız Polşadan tranzitlə keçəcək. Bu həftə biz bir sıra razılıqlar əldə etdik ki, kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirək. Amma Polşa razılaşmaya əməl etmir”.   

"Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi polşalı fermerlərin vəziyyətini başa düşdüklərini bildirsə də, hazırda "ən çətin vəziyyətin Ukrayna fermerləri üçün olduğunu" vurğulayıb.  

Məlumat üçün bildirək ki, Ukraynadan Polşaya taxıl, yağ, şəkər, yumurta, ət və digər məhsullar daxil olmaqla, hər ay 500-700 min tona qədər müxtəlif kənd təsərrüfatı məhsulları tədarük edilir.  Bununla belə, bu həcmin əhəmiyyətli hissəsi digər ölkələrə tranzit olunur. Təxminən 150-200 min ton Ukrayna kənd təsərrüfatı məhsulu birbaşa Polşada satılır. Yeni qərardan sonra göstəricilər xeyli aşağı düşəcək. Eyni zamanda Avropanın dörd ölkəsi ilə bərabər digər ölkələrin də qadağalara qoşulmağı gözlənilir. Belə olan halda Ukraynanın yaxın zamanda ciddi iqtisadi böhranla üzləşməsi qaçılmaz olacaq. 

Nəzəri cəhətdən bu amil Qərbin Rusiya Federasiyasının taxıl dəhlizinə dair tələblərinin ən azı bir hissəsini yerinə yetirməsinə səbəb ola bilər. Yaxud Brüssel Şərqi avropalılara təzyiq göstərərək, məhdudiyyətləri aradan qaldıra bilər.   

            Bəs Avropanı idarə edənlər nə düşünür? 

Avropa Komissiyası bəyan edib ki, Polşa və Macarıstanın Ukrayna taxılının öz ərazilərinə idxalına müvəqqəti qadağa qoyulması barədə qərarları qəbuledilməzdir.  

“Ticarət siyasətinin Avropa İttifaqının müstəsna səlahiyyətində olduğunu və buna görə də birtərəfli fəaliyyətin qəbuledilməz olduğunu vurğulamaq vacibdir. Belə çətin vaxtlarda Avropa İttifaqı daxilində bütün qərarların əlaqələndirilməsi və uyğunlaşdırılması son dərəcə vacibdir", - Avropa Komissiyası bəyan edib. 

Qeyd edək ki, Kiyev idxalın bərpa olunması ilə bağlı aprelin 17-də Polşa, aprelin 19-da Rumıniya, ayın 20-də isə Slovakiya ilə danışıqlar aparacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam