Binəqədi rayonunda Zaur adlı iş adamı sakinlərin dincliyini pozur-ŞİKAYƏT/VİDEO
Binəqədi sakinləri şikayətçidir.
Yenixeber.org: Binəqədi rayonu Dağlıq küçəsində aparılan qazıntı tikinti işlərinə ətrafda yaşayan sakinlər şikayət edir.
Belə ki, sakinlər bildirirlər ki, qazıntı işlər gecə saatlarında başlayaraq səhərə qədər davam edir. Heç bir rahatçılığımız yoxdur. Evində xəstəsi, körpə uşağı olanı var. Toz,torpaq əlindən pencərələrimiz aça bilmirik. Zaur adlı iş icracısına iradımızı bildirdikdə heç bir əhəmiyyət vermir. Zaur bildirir ki, pulumu vermişəm işimi görürəm. Görəsən kimə pul verib? Hansı səlahiyyətli şəxs onun bu iş tərzinə himayədarlıq edir?
Sakinlər bildirir ki,ərazidə yaşıl ağaclar var idi onlarda gecə ilə yoxa çıxdı.
Bu məsələ ilə bağlı yerli icra strukturuna müraciət etsəkdə heç bir tədbir görülmür.
Vətəndaşlar aidiyyatı qurumlarda kömək istəyirlər. Bildirilər ki, bu qanunszuluğun qarşısı alınsın.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətində və iş icraçısında heç bir açıqlama almaq mümkün olmadı.(Xalq)
Qurumların və yazdıa adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.
VİDEO BURDA: My Webpage