Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Günəş təhlükə saçır -ABŞ və Kanadada radiolar dayandı

 Ən yüksək intensivliyə malik ( X-sinif-red. ) günəş partlayışları ABŞ və Kanadada radioların kəsilməsinə səbəb olub. Günəş aktivliyinin pik həddə yaxınlaşması bütün planetdə GPS, peyklərə və enerji sisteminə təsir edə, elektrik şəbəkələrinin fəaliyyətini poza bilər.
Yenixeber.org: Bu barədə "Business Insider" məlumat yayıb.
Qeyd edilir ki, ABŞ kosmik agentliyi (NASA ) avqustun 5 və 7-də Günəşin sağ bölümündə güclü partlayışlar qeydə alıb. Fizik Keyt Stronq isə Twitter profilində bildirib ki, günəşdən gələn rentgen və ultrabənövşəyi şüalar, radiasiya ABŞ -la Kanadanın böyük bir hissəsində radio rabitəsini pozub.
NASA-nın məlumatına görə, avqustun 7-də Yerə çatan şüaların gücü X1,5 olub. X-sinif partlayışları ən intensiv haldır, astronavtları təhlükəli radiasiyaya məruz qoya, həmçinin peyklərə zərər verə bilən arzuolunmaz kosmik hadisə sayılır.
Astronomlar 2023-cü ildə əvvəlki illə müqayisədə daha çox X sinfinə malik partlayışlar qeydə alıblar. Bu, günəş aktivliyinin pik nöqtəsinə yaxınlaşması ilə əlaqədardır.
Aktivliyin növbəti pik nöqtəsi isə 2025-ci ildə olacaq. Lakin günəş ləkələrinin və partlayışlar tezliyinin çoxalması növbəti pik nöqtənin daha tez, hətta 2023-cü ilin sonunda olacağını göstərir. Günəşin maksimum aktivliyi sonuncu dəfə 2012 və 2014-cü illər arasında olmuşdu.
Günəş radiasiyası atmosferin yuxarı təbəqələrindəki hissəcikləri ionlaşdıraraq qütb parıltılarına səbəb ola bilər. Yerin bu nöqtələrində yüksək tezlikli radio dalğaları yayılır. Buna görə də güclü partlayışlar radio siqnalların pisləşməsinə səbəb olur. 2023-cü ilin ən güclü partlayışı fevral ayında baş verib və o X2.2 sinfinə aid olmaqla radiosistemlərin fəaliyyətinin pozulması ilə nəticələndi.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam