Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Bu dövlət Belarusla sərhədi tamamilə bağlaya bilər -SƏBƏB

                                     “Litva Belarusla sərhədi tamamilə bağlaya bilər”.

Yenixeber.org: Bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna səbəb “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatıdır.

Dövlət başçısı söyləyib ki, Litva, Latviya və Polşa ümumi “Vaqner” təhlükəsinin qarşısının alınması üçün koordinasiyalı davranmalıdır.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, G.Nauseda daha əvvəl “Vaqner”i ciddi təhlükə kimi qiymətləndirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam