Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Zelenski:“Hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik”

“Hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, nə qədər ki, dünya xalqları həmrəylik göstərir, bu, mümkündür.

V.Zelenski qeyd edib ki, müharibə başa çatanadək Ukraynaya dəstək lazımdır: “Nə qədər ki, savaş davam edir, bizə ayırılan yardım kifayət olmayacaq. Bu müharibə başa çatdıqdan sonra biz ölkəmizin bərpası, insanların tibbi və psixoloji reabilitasiyası ilə məşğul olacağıq”.

Dövlət başçısı söyləyib ki, indi Kiyevin qalib gəlməsi çox vacibdir: “Ukraynanın qələbə qazanması bizim dünya və Avropa dəyərlərini qorumağımız deməkdir”.

Prezident bildirib ki, Ukraynaya ən çox kömək edən dövlət ABŞ-dır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam