Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropa Komissiyası Rusiyanın avroluq aktivlərini dondurub-SƏBƏB

 

“Ukraynada müharibə başlayandan sonra Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləği 207 milyard avro təşkil edir”.

Yenixeber.org:  Bunu Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders iyulun 3-də Haaqada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirir.

D.Reynders təsdiqləyib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait əldə edəcəyini gözləyir.

Komissar söyləyib ki, Avropa Komissiyası Rusiya aktivlərinin dondurulması, yenidən investisiya qoyuluşu və müsadirə imkanlarının axtarışı ilə bağlı işlərə nəzarət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam