Qarşıdan yay fəsli gəlir və hər il olduğu kimi bu il də insanların çimərliklərə axını gözlənilir.
Yenixeber.org: Lakin Xəzər dənizinin kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş hissələri, xüsusilə Şıxov çimərlikləri insanların həyatını təhlükə ilə üz-üzə qoyur. Yüksək xidmət və meyarlara cavab vermədiyi üçün Avropa birliyinin “Mavi bayraq” standartlarından uzaqda qalan Şıxov çimərliyi hələ də ödənişli fəaliyyət göstərir.
Şəhərə yaxın məsafədə yerləşdiyi üçün insanların daha çox üz tutduğu bu çimərliklər bəzi sahibkarların diqqətindən kənarda qalmayıb. Reklam lövhələrini yol kənarına qoymaqdan belə çəkinməyən işbazlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən monitorinqin nəticələrini gözardına vurur, insanları bağırsaq çöplərinə və başqa xəstəliklərə məruz qoyur.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyi belə Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən istifadəni qadağan edib.
Buna baxmayaraq insanlar özlərini xəstə etmək üçün çimərlik sahiblərinə pul ödəyirlər.(minval)
Fərid Özay
Fotolar müəllifindir