Türkiyənin bu şəhərində zəlzələ oldu

Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Yenixeber.org: Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri Pütürge rayonunda yerləşib.
Yeraltı təkanların ocağı 7,06 kilometr dərinlikdə olub.