Çin XİN:"ABŞ-ın əsas rəqibi biz deyilik"
"Çin ABŞ-ın əsas rəqibi deyil, bunu demək strateji səhvdir”.
Yenixeber.org: Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
Onun sözlərinə görə, ABŞ Çinlə işləməlidir və Pekinə qarşı təqibləri dayandırmalıdır.
"Ölkələr ikitərəfli münasibətləri sabit inkişaf yoluna çıxarmalı və bir-birinin “daxili və xarici siyasəti haqqında düzgün təsəvvür formalaşdırmalıdır”, - Venbin bildirib.
Qeyd edək ki, Van Venbin bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində çıxış edib. Blinkenin iyunun 18-də Pekinə səfəri planlaşdırılır ki, bu, Amerikanın yüksək səviyyəli rəsmisinin son illərdə Çinə ilk səfəridir.