Türkiyə lideri:"Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”.
Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı həmçinin Nikol Paşinyanın Türkiyəyə səfərini də yüksək qiymətləndirib: “Baş nazir daxildəki müxaliflərə baxmayaraq, ölkəmizə səfərə gəldi. Nikol Paşinyanla ayaqüstü söhbətləşdik və ona səfərə gəldiyinə görə təşəkkür etdim”.