Uşaqlarla bağlı yeni qanun hazırlanacaq
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.
Yenixeber.org: Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.
Məlumata görə, layihənin hazırlanma müddəti 2023–2024-cü illəri əhatə edəcək.
Qeyd edək ki, işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.