Qırğızıstanda dövlət çevrilişinə cəhd oldu-Saxlanılanlar var
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.
Yenixeber.org: Bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzindən məlumat verilib.
“Kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb”, - məlumatda deyilir.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, bu iş üzrə ölkədə ümumilikdə “30-dan çox adam” saxlanılıb.