Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını, o cümlədən, atəşkəs, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Yenixeber.org:  Nazir bu təşəbbüsü Sinqapurda davam edən “Shangri-La Dialogue” təhlükəsizlik konfransındakı çıxışında səsləndirib.

İndoneziya planının birinci bəndinə əsasən hər iki tərəf dərhal atəşkəs elan etməlidir. İkincisi – tərəflər yeni silahsızlaşdırılmış zona yaratmaq üçün hazırkı mövqelərindən 15 km geri çəkilməlidir.

Nazir əlavə edib ki, bundan sonra beynəlxalq sülhməramlı qüvvələr silahsızlaşdırılmış zonaya tez bir zamanda yerləşdirilməlidir.

O, həmçinin hesab edir ki, sakinlərin əksəriyyətinin iradəsini obyektiv şəkildə təsdiqləmək üçün BMT mübahisəli ərazilərdə referendum təşkil etməli və keçirməlidir.

Subianto belə ərazilər dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, İndoneziya bütün bu proseslərdə iştirak etməyə, o cümlədən BMT-nin sülhməramlı missiyası çərçivəsində öz ordusunu göndərməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam