İmran Xanın silahdaşı həbs olundu
Pakistanın keçmiş Baş naziri İmran Xanın Ədalət Hərəkatı Partiyasının (Pakistan Tehreek-e-Insaf) funksioneri Çaudri Pərviz Elahi həbs edilib.
Yenixeber.org: O, Lahor şəhərində saxlanılıb.
Elahinin məhkəməyə gəlmədiyinə görə həbs edildiyi bildirilib. Məhkəmə onun iclasa qatılmamaq üçün təqdim etdiyi arayışın saxta olduğunu bəyan edib.