Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xan getdi, amma:“Pakistanın Azərbaycana münasibəti dəyişməyəcək”

Elxan Şahinoğlu: “İslamabad küçələrində İmran Xana dəstək aksiyaları keçirilsə də, artıq iş-işdən keçib”

Yenixeber.org: Aprelin 10-da Pakistan Parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb. Keçirilən səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o, vəzifəsindən istefaya göndərilib. Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Etimadsızlıq səsverməsi ilə həm də İ.Xanın hökuməti istefaya göndərilib.

İstefaya göndərilən Xan açıqlamasında bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır: “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”.

Qeyd edək ki, Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir kimi tarixə düşüb. 

Baş nazirə etimadsızlıq səsverməsindən əvvəl Pakistan Parlamentinin spikeri Əsəd Qayzer istefa verib. O, qərarını “Xanın vəzifəsindən uzaqlaşdırılması üçün xarici sui-qəsddə iştirak edə bilməyəcəyi” ilə izah edib.

“Pakistanın yeni hökuməti "qisas siyasəti” aparmayacaq və ölkədə qanunun aliliyini bərpa edəcək”. Bu sözləri isə Xana etimadsızlıq səsverməsindən sonra birləşmiş müxalifətin lideri Şahbaz Şərif deyib.

“Pakistan yenidən konstitusiya dövlətinə çevriləcək. Keçmişin incikliklərini unudub irəli getmək millətin mənafeyinə uyğundur”, - deyə müxalifət lideri vurğulayıb.

Qeyd edək ki, dünən Pakistan Parlamenti ölkənin yeni Baş nazirini seçib. Ş.Şərif ölkənin yeni Baş naziri seçilib.

Parlamentdə səsvermə gücləndirilmiş təhlükəsizlik rejimində keçirilib. Səsvermədən öncə parlament binasına aparan bütün yollar bloklanıb.

Baş verən proseslərdən sonra Azərbaycanın da yaxın dostu olan Pakistanda siyasi gərginlik artıb. Bir tərəfdə yeni Baş nazir seçilib, digər tərəfdə isə artıq sabiq sayılan Xanın tərəfdarları etiraz aksiyaları keçirməyə başlayıblar. 

Bununla yanaşı, hakimiyyətə gələn müxalifətin lideri Şahbaz Şərif seçilməmişdən əvvəl "qisas siyasəti olmayacaq” bəyanatı səsləndirmişdi. Amma devrilən hökumətdə kütləvi həbslərin aparılacağı proqnozlaşdırılır. 

Dost ölkə olan Pakistanda baş verənləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu ölkədə illər uzunu daxili siyasi səbəblərdən Baş nazirlər istefaya göndəriliblər:

- Əvvəlki istefaların səbəbləri əsasən korrupsiyaya görə idi. Məsələn, mərhum Baş nazir Bənazir Buhutto da korrupsiya ittihamı ilə üzləşmişdi. Sabiq Baş nazir Nəvaz Şərif də korrupsiyada ittiham olunurdu. Onlara qarşı məhkəmə işləri başlayanda əsasən Londona gedib orada siyasi sığınacaq tapırdılar. İmran Xanın istefaya göndərilməsi bir az fərqli oldu. Düzdür, Xana qarşı da müəyyən korrupsiya ittihamları mövcuddur. Amma onu daha çox xarici və ölkənin təhlükəsizlik siyasətinə görə tənqid etməyə başladılar.

Pakistan son illər Çinlə strateji münasibətlər qurmuşdu. Belə münasibətlər əslində əvvəl də mövcud idi. Pakistan Hindistan əleyhinə Çinlə münasibətləri yüksəltməkdə maraqlıdır. Çünki Çinin də Pakistan kimi Hindistanla münasibətləri gərgindir. Bu amil iki dövləti bir-birinə yaxınlaşdırmışdı. Xanın baş nazirliyi dövründə Pakistanın Rusiya ilə də siyasi təmasları başladı. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibə əmri verməmişdən öncə qəbul etdiyi xarici qonaq məhz İmran Xan idi. Bu, Pakistan müxalifətinin tənqidlərinə səbəb oldu. Üstəlik, Pakistan Ordusu və generallarının da bu siyasət bir o qədər xoşlarına gəlmədi. Məlumdur ki, generallar hər zaman Pakistanın siyasətinə təsir imkanları var. Bu amillər gərginliyin yaranmasına gətirib çıxardı. 

Başqa bir məqam isə çevrilişin xarici təsirlərdən qaynaqlanmasıdır. Baxın, Xan rəqiblərini nədə ittiham etdi? Baş nazir bildirdi ki, əleyhdarları bu etirazlarla Vaşinqtonun "əlinə oynayırlar". Xanın qənaətincə, ABŞ-ın İslamabaddakı diplomatik korpusunda çevriliş planı hazırlanıb və müxalifət bunu icra edir. Eyni zamanda, bildirdi ki, onun xarici və təhlükəsiliklə bağlı siyasəti ABŞ-ın xoşuna gəlməyib. 

- Yəni, ABŞ Pakistan hakimiyyətinin Çin və Rusiya ilə münasibətlərinin yaxşı olmasını qəbul etmir...

- Əlbəttə, ABŞ keçmiş tərəfdaşı olan ölkənin Çin və Rusiya ilə bu qədər yaxınlaşmasını istəmir. Düzdür, Pakistan müstəqil dövlət olaraq xarici siyasət apara bilər. Amma Pakistanın generalları gördülər ki, belə olan halda ABŞ-ın Hindistana dəstəyi artmaqdadır. Hindistan son illər bölgədə faktiki olaraq ABŞ-ın siyasi və hərbi baxımdan əsas tərəfdaşlarından birinə çevrilib. Bu, Pakistan generallarını narahat edir və onlar hesab edirlər ki, Xanın yanlış siyasəti belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Ona görə də, sonda koalisiya dağıldı və Xan hakimiyyətdən uzaqlaşdırıldı. Düzdür, İslamabad küçələrində İmran Xana dəstək aksiyaları keçirilir. Amma artıq iş-işdən keçdi. Yeni seçkilər, yeni Baş nazir yəqin ki, yeni hökuməti formalaşdıracaq. 

- Bundan sonrakı proseslərin necə cərəyan edəcəyi maraqlıdır. Yeni seçkilər və yeni Baş nazir Pakistana nə vəd edir?

- Seçkilər keçirildi, Şahbaz Şərif Baş nazir seçildi. Amma onun hökuməti təkbaşına formalaşdıracağını söyləmək çətindir. Çox güman ki, növbəti koalisiya hökuməti formalaşacaq. Xanın seçkilərdə yenidən uğur qazanması, yenidən Baş nazir seçilməsi onsuz da problematik idi. Çünki ondan təkcə müxalifət narazılıq etmirdi, generalitet də Xanın siyasətindən narazı idi. Məncə, bir müddət Pakistanda qeyri-stabillik davam edəcək. Bu ölkə Azərbaycanın da dostu, yaxın müttəfiqidir. Bu baxımdan istəməzdik ki, Pakistanda qarışıqlıq olsun. 

- Pakistanda qurulacaq yeni hökumətin Azərbaycana münasibətində və siyasətində dəyişiklik gözlənilirmi?

- Azərbaycanla bağlı Pakistan da Türkiyə kimi ənənəvi siyasət həyata keçirir. Məsələn, Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanla strateji münasibətləri, müttəfiqlik əlaqələrini davam etdirir. Düzdür, Rəcəb Tayyib Ərdoğanın dövründə bu münasibətlər ən yüksək səviyyəyə qalxdı və bu, özünü İkinci Qarabağ müharibəsində göstərdi. İndi ortada Şuşa Bəyannaməsi kimi sənəd var. Bundan sonra Türkiyədə hakimiyyətə kim gəirsə-gəlsin, Azərbaycanla strateji müttəfiqlik kursu davam edəcək. Eləcə də Pakistanın Azərbaycanla bağlı siyasəti dəyişməyəcək. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistandır. O zaman hakimiyyətdə Xan deyildi. O vaxt hətta Pakistan Azərbaycana yüz milyon dollar maliyyə vəsaiti verməyə hazır idi. Pakistan Azərbaycan müstəqillik qazandığı ilk gündən həm siyasi, həm hərbi, həm maliyyə dəstəyi verməyə hazır olub. Bənazir Bhuttonun dövründə də, Nəvaz Şərifin dövründə də bu, belə olub. Deməyim odur ki, Pakistanın Azərbaycana yönəlik ənənəvi siyasəti dəyişməyəcək. Bundan narahat olmağa dəyməz.(AYNA)

 Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam