Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Büdcəyə yığılan pulları işbazlar mənimsəyir -Deputat

"Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Başa düşürəm ki, biz suyun qiymətini saxlaya bilməyəcəyik". 

 Yenixeber.org: Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. 

"Şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırıltı ilə getdiyini görürük. Yüz faiz orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik". 

Rüfət Quliyev eyni zamanda Hesablama Palatasının "büdcə oğruları" ilə bağlı məlumat verməsini istəyib: 

"Palata büdcə oğrularının qarşısını qismən alır. Biz büdcəyə qəpik-qəpik pul yığırıq, bəzi işbazlar isə onu mənimsəyir. Mən çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına göndərilən məsələlərin aqibəti barədə məlumat verəsiniz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam