Evin zindanındakı qadınlar:“Bu qaniçən hökumətə son qoyacağıq”
“İsfahan Evi” işi üzrə ittiham olunan üç gənc etirazçının edamından sonra bir qrup qadın siyasi məhbus ölkədəki son edam dalğasına etiraz etmək üçün Evin həbsxanasının həyətinə toplaşıb.
Yenixeber.org: Sepidə Qəliyan, Bəharə Hidayət, Faizə Haşimi və Nərgiz Məhəmmədi də daxil olmaqla, ən məşhur qadın siyasi məhbuslardan bəziləri bu toplantıda iştirak edib. Onların bu edam dalğasını pisləyən bəyanatı bu məhbuslardan bir neçəsinin sosial şəbəkələrdəki hesablarında qeyd olunub. Həmçinin digər siyasi məhbus Gülrux İrayinin Twitter hesabında teolratik rejimin mürtəce siyasəti damğalanır.
“Evin həbsxanasının siyasi məhbus qadınları həbsxananın həyətində son edamlara, o cümlədən Ərak həbsxanasında Səb-ül-Nəbi ittihamı ilə iki nəfərin və İsfahanda bu yaxınlarda edam edilmiş üç nəfərin edam edilməsinə etiraz olaraq mərasim keçiriblər. Bu rejimin mahiyyəti onun siyasətinə qarşı olan müxalifləri, tənqidçiləri və etirazçıları fiziki cəhətdən ortadan qaldırmaqdan ibarətdir və onun mürtəce əsasları ilk gündən müxaliflərin öldürülməsi üzərində qurulub”, - Gülrux İrayi yazıb.
Həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi keçirilən mitinqdə İran hökumətinin insanları edam etmək və öldürməklə inqilabi hərəkatın qisasını vəhşicəsinə aldığını bildirib:
“Bu günki İran 80-ci illərin İranı deyil. Əgər 80-ci illərdə edam funksiyası terror yaratmaq, avtoritar hakimiyyəti sabitləşdirmək və davam etdirmək məqsədilə həyata keçirilən müxtəlif cərəyanları yatırmaq idisə, son edamlar bunun əks funksiyasını daşıyacaq.”