Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qadınlar günü münasibətilə tədbir keçirildi -Füzulidə (FOTOLAR)

Qadınlar günü münasibətilə  tədbir keçirildi -

Horadiz şəhərində Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibətilə  tədbir keçirilib.

Yenixeber.org:  Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. 
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər rayonda qadınların dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunduqlarını vurğulayan Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.

Sonda qadınlara güllər təqdim olunub.

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam