Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“Amnesty İnternational”dan beynəlxalq ictimaiyyətə çağırış

İnsan haqlarının müdafiəsi üzrə beynəlxalq Amnistiya təşkilatı dünya ictiçaiyyətini İsfahanda Məcid Kazemi, Saleh Mirhaşemi və Səid Yaqubinin qaçılmaz edamını dayandırmaq üçün “çox gec olmadan” qəti və təcili tədbirlər görməyə çağırıb.
Yenixeber.org: Təşkilatın Yaxın Şərq və Şimali Afrika Departamentinin direktor müavini Diana Əl-Təhavinin bununla bağlı verdiyi açıqlamada İrandakı edamların qarşısını almaq üçün rəsmi Tehrana ciddi təzyiqlərin göstərilməsi zərurəti vurğulanır.
“İran hakimiyyətinin bu ilin may ayının əvvəlindən onlarla insanın edam edilməsində dəhşətli hərəkətləri fonunda beynəlxalq ictimaiyyət bu etirazçıların edamını dayandırmaq üçün çox gec olmadan qəti və təcili tədbirlər görməlidir. Etirazçıların edamını dayandırmaq üçün İrana təzyiq göstərilməsi zəruridir. Bütün ölkələr beynəlxalq hüquqa əsasən beynəlxalq cinayətlərə görə cavabdeh olan İran rəsmilərini mühakimə etmək üçün universal yurisdiksiyadan istifadə etməlidir. Həmçinin, işgəncə ilə ləkələnmiş etiraflardan istifadə, məhkəmə prosesində ciddi qüsurlar və sübutların olmaması İran hakimiyyətinin təkəbbürünün başqa bir nümunəsidir” - Əl-Təhavi deyib.
Qeyd edək ki, İran məhkəməsi bu üç müttəhimi İsfahanın Xanə məhəlləsində 16 noyabr 2022-ci il axşam saatlarında keçirilən etiraz aksiyaları zamanı Möhsün Həmidi və Məhəmməd Kərimi adlı iki Bəsic üzvünün, habelə İsmayıl Çıraqi adlı xüsusi bölmənin polkovnikinin öldürülməsində əli olmaqda ittiham edərək, onların barəsində ölüm hökmü çıxarıb. Son vaxtlar bu üç nəfərin mümkün edamlarının icrası ilə bağlı narahatlıq günü-gündən artmaqdadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam