Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ermənilərə can deyən Dimaş:"Tar, saz, tütəyinizi sevirəm"

Məşhur qazax müğənni, dünyada nadir səs sahibi kimi tanınan Dimaş Kudaiberqen İrəvana gəlib. O, Ermənistanda pərəstişkarları qarşısında solo konsert proqramı ilə çıxış edəcək.
Yenixeber.org: Dimaş konsertdən öncə yerli mediaya müsahibə verib.
Müğənninin erməni jurnalistin "Bir dəfə demişdiniz ki, xalqlarımızın çoxlu ortaq cəhətləri var. Məhz hansı misalı çəkə bilərsiniz?" sualına cavabı isə diqqət çəkib.
- Qazaxların belə bir sözü var - “jan”. Qardaşını və ya dostunu adı ilə çağırdığınızda "jan" sözünü də əlavə edirsən. Bu, tərcümədə müəyyən mənada "ruh" anlamına gəlir. Mən öz qardaşımı belə çağırıram. Məsur jan deyirəm. Sizdə də oxşar şey var. Ermənilər isə “can” sözünü işlədirlər, - Dimaş hayların oğurluq türk sözünü ermənilərə məxsus müraciət forması kimi təqdim edib.
O hətta jurnalistin "Bu barədə Ermənistanda öyrənmisiniz?" sualına "Yox, əvvəldən bilirdim" deməklə cavab verib.
Bundan başqa, verilişdə "İlk dəfə erməni ictimaiyyəti qarşısında çıxış edəcəksiniz. Ermənistan haqqında nə bilirsiniz?" sualı da səslənib. Dimaş saxta mədəniyyəti olan bir xalqı məhz mədəniyyətinə görə sevdiyini deyib. Ən təəccüblüsü isə budur ki, türk müğənni tarı, sazı, tütəyi ermənilərin adına yazıb.
- Mən Ermənistanı mədəniyyətinə görə sevirəm. Tar, saz, kanon, "duduk" (Tütək-red.) kimi musiqi alətləri var. Mən "duduk"un böyük pərəstişkarıyam, bir çox aranjimanlarda bu alətdən istifadə olunur. Fəxr edirəm ki, "Znay" kompozisiyasında əfsanəvi Civan Qasparyan ifa edib. Nadir hallarda filmlərə baxıram. Amma bu yaxınlarda “Zəlzələ” adlı erməni filminə baxdım. Söhbət faciədən gedir. Bu film şah əsərdir. Bacım bütün film boyu ağlayırdı, - məşhur qazax müğənni məyus edici açıqlamalar verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam