Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Hraparak:"Anna Ermənistan ordusunu və hərbçilərini gözdən salır"

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın fərarilərlə bağlı açıqlması hələ də erməni mediasının gündəmindən düşmür.
Yenixeber.org:  "Hraparak" Akopyanın dövlət sirrlərini yaymasından da gileylənib.

"Prokurorluq Annanın Açarkut kəndində 44 günlük müharibə zamanı erməni tərəfdən 11 min fərarinin olması barədə bəyanatına əsaslanaraq cinayət işi başlatmayıb. Bu barədə bizə Baş Prokurorluqdan sorğumuza əsasən məlumat verildi. Xatırladaq ki, Anna Akopyanın açıqlamasından bir həftə əvvəl Azərbaycan prezidenti də eyni rəqəmi açıqlamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, Ermənistan ordusunda 11 min fərari olub, Azərbaycan ordusunda isə bir fakt belə qeydə alınmayıb. Ancaq baş nazirin heç bir vəzifə tutmayan həyat yoldaşının belə rəqəmlərə malik olması, Ermənistan ordusunu və hərbçilərini gözdən salaraq onları ictimailəşdirməsi təəccüb doğurur", - məqalədə yazılıb.

Müəllif həmçinin yazır ki, "Baş Prokurorluğa müraciətimizdə 44 günlük müharibə zamanı və ondan sonra fərariliklə bağlı nə qədər işin açıldığını, neçə nəfərin həbs edilməsi ilə bağlı tədbirlərin görülməsini göstərməyi xahiş etmişdik. Prokurorluq yaxşı anlayırdı ki, Akopyanın dediklərinin yalan olmasını sübut etmək üçün hər şeyi etməlidirlər. Əslində isə faktlarla, rəqəmlərlə hoqqabazlıq edərək onun sözlərinə haqq qazandırmağa çalışırlar".

Xatırladaq ki, Anna Akopyan aprel ayının əvvəlində Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı fərarilərlə bağlı qalmaqallı açıqlama vermişdi. “44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, - baş nazirin həyar yoldaşı qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam