Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...

 
Beynəlxalq və regional layihələrə qoşulmaq arzusu ilə alışıb-yanan Ermənistan hakimiyyətinin daxili auditoriyaya işləməsi üçün əlində bir tutarlı arqument də qalmayıb.
Yenixeber.org: İllərin iqtisadi böhranı, demoqrafik problemləri, sosial gərginliyinin altında qalıb ölüm-dirim mübarizəsi aparan Ermənistanın əlləri yalnız “Qarabağ kartı”na uzana bilir.
Qarabağ münaqişəsi boğulmaq üzrə olan Ermənistan hakimiyyəti üçün “saman çöpü” rolunu oynayır.
Ölkədəki problemlərin ağırlıq mərkəzinin ildən-ilə “çəkisinin” daha da artması fonunda daxili auditoriyanı sakitləşdirmək öhdəliyi Ermənistan iqtidarı üçün ön plana çıxır.
Lakin Ermənistan hakimiyyət dairələrinin şablon, pafos püskürən, standart və mahiyyətində hiyləgərlik gizlənən açıqlamaları ölkə ictimaiyyətini doymuş məhlul halına gətirib. Ermənistan xalqı artıq “Qarabağ kartı”na ac deyil, çünki hökumətin sayıqlamarından fərqli olaraq iqtisadi-sosial problemlər, əhali sayının azalması ilə bağlı statistika, rəqəmlərin dili çox amansızdır.
Dünya Bankının məlumatına görə, Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər olsa da, 2018-ci ildə 2 951 776 nəfərə enib. Bu, Ermənistan Statistika Komitəsinin göstəricilərinə əsasən hazırlanıb. Ancaq o da bəllidir ki, Ermənistan hökuməti rəsmi rəqəmlərdə maksimum şəkildə gerçəklikləri ört-basdır etməyə çalışır.
BMT isə proqnozlaşdırır ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proqnoza görə isə 13.9-a qədər qalxacaq.
Ölkədə doğumun, əhali sayının kəskin azalması isə Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin və bunun yaratdığı iqtisadi tənəzzülün təzahürləridir.
Buna görə də Ermənistan cəmiyyətini indi bir şey düşündürür – bu isə həyatda sağ qalmaq üçün sosial vəziyyətinin qismən də olsa yaxşılığa dəyişməsidir.
“Məxməri inqilab” yolu ilə hakimiyyətə gələn, küçə “demokratı”, Baş nazir Nikol Paşinyanın inqilabi vədlərinin reallaşması isə puça çıxmaqdadır.
Belə bir məqamda standart şəxslərin standart bəyanatları isə yalnız nəzəri xarakter daşıyır, həm də Ermənistan ictimaiyyəti eyni simaların dilindən eyni sözləri eşitməkdən bezib.
Yaranmış acınacaqlı mənzərə Ermənistan hakimiyyətini yeni obrazları irəli çəkərək, xal qazanmaq barədə düşündürür. Çünki rəsmi Yerevan üçün artıq xal qazandıran başqa mənbə qalmayıb.
Yeni obraz və xal mənbəyi isə Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır. Anna Akopyan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı öz aləmində Qarabağ münaqişəsi ilə bağlı yeni “mədəni” fikir səsləndirib.
O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edir.
Lakin sonra onun illərdən gələn erməni geni qabarıb, işğalçılıq mahiyyətini ortaya qoyub. Deyib ki, əgər müharibə başlasa, Ermənistan yeni ərazilər işğal edəcək və azərbaycanlılar muğama qulaq asmaq üçün növbəti məkanlar arzulayacaqlar.
Anna Akopyanın mədəniyyət mövzusundan müharibə məsələsinə qəfil keçid etməsi başadüşüləndir. O, işğalçı Ermənistanın yeni danışan dilidir, özünü nə qədər sülh göyərçini kimi göstərmək istəsə də, az keçməmiş iqtidarın ritorikasını nümayiş etdirir.
Ermənistana bundan əvvəl rəhbərlik edən şəxslərinin həyat yoldaşlarının ifadələrindən müharibə qoxusu gəlmirdi. İndi isə Anna Akopyanın timsalında vəziyyət dəyişir.
Ancaq yaranmış yeni vəziyyət texniki xarakterlidir, yalnız kəmiyyət dərəcəsini özündə ehtiva edir.
Ermənistanın nə müharibə etməkdən ötrü gücü və resursu, nə də cəmiyyətinin sifarişi var. Anna Akopyan, deyəsən, Azərbaycanın Ermənistana vurduğu “aprel şilləsi”ni unudub. 2016-cı ilin Aprel döyüşlərindən bu yana hələ də özünə gəlməyən Ermənistan hakimiyyəti və cəmiyyəti necə müharibə arzulaya bilər?! Apreldə Rusiyaya əməliyyatların dayandırılması üçün yalvaran, ağız açan Ermənistan deyildimi?!
İkincisi, Anna Akopyanın hansı hüququ var ki, Azərbaycanın Birinci vitse-prezidentini Qarabağa dəvət edir?! Bu cür hüquq yalnız Azərbaycana məxsusdur, çünki Qarabağ Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan əzəli torpağıdır.
Ermənistan hakimiyyətinin Anna Akopyanın timsalında müharibə mesajları ilə xal qazanmaq istəyi arzu olaraq qalacaq. Həqiqətən də, İrəvanda xal qalmadı...(Oxu.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam