Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Deputatlarımız Ərzuruma səfər ediblər-FOTO

 Türkiyənin Ərzurum şəhərində səfərdə olan Milli Məclisin bir qrup üzvləri Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum başqanı İbrahim Küçüklü oğlu ilə görüşüblər.

Yenixeber.org: Görüş zamanı mediaya açıqlama verən deputatlar Azərbaycanın həmişə Türkiyəyə dəstək verdiyini, iki ölkə arasındakı münasibətlərin daim yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Deputat Elşad Mirbəşir bildirib ki, bu gün Türkiyə dünyanın 5 güclü ölkəsindən biridir:

"İnanırıq ki, Türkiyə seçkilərdən sonra daha da güclənəcək və Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün böyük dəstək olacaq. Bu gün dünyada ən çox humanitar yardımı edən ölkə Türkiyədir. Türkiyənin böyüklüyü, gücü dünyadakı ədalətin davamlılığı deməkdir”.

Deputat Kamilə Əliyeva Azərbaycan xalqının salamlarını çatdırıb və qeyd edib ki, buradakı insanların Azərbaycana qarşı sevgiləri böyükdür:

"Böyük məmnunluqla qarşıladıq. Biz özümüzü burada qonaq hiss etmirik. Son 20 ildə Türkiyənin inkişafı göz qabağındadır. Cənab Ərdoğanın sülhsevər yanaşmasını hər zaman görmüşük və hiss etmişik. Bu bir daha Türkiyənin gücündən xəbər verir. 2021-ci ildəki Şuşa bəyannaməsi iki ölkə arasıdakı əlaqələrin güclənməsi istiqamətində atılmış addımdır. Hamımız bilirik ki, bizim qardaşlığımız əbədidir, heç bir güc bizi ayrı sala bilməz".

Deputat Anar Məmmədov da Ərzurumda insanların istiqanlı olduqlarını bildirib. O əlavə edib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.

Deputatların səfəri ilə bağlı təşəkkürünü İbrahim Küçükoğlu ölkələr arasında qardaşlığın daha da güclənməsi üçün belə görüşlərin keçirilməsinin vacibliyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam