Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Zərərli vərdişlərə yox deyək” mövzusunda təlim keçirilib -FOTOLAR

Yenixeber.org: Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə ASAPES-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Könül İsmayılova və İctimai Sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadovanın təqdimatında “Zərərli vərdişlərə yox deyək” təlimi keçirilib. 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar təşkil olunan təlimin əsas məqsədi Akademiyanın tələbələrini zərərli vərdişlərin fəsadları haqqında məlumatlandırmaq, onları bu vərdişlərdən uzaq tutmaq və maarifləndirmə işini təşkil etməkdir.
Təlimçilər tələbələrə zərərli vərdişlərin yaranma səbəbləri, riskləri, ailədə və ətraf mühitdə psixoloji təsirləri, tütünün həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, onun fəsadları, narkomaniya və alkoqoldan asılılığın mübarizə yolları haqqında məlumat veriblər. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil əlavəsi tələbələrin diqqətinə çatdırılıb, onları maraqlandlran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam