Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Finlandiya NATO-nun üzvü oldu

Finlandiya NATO-ya üzv oldu
Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “Twitter” hesabında yazıb.
Yenxeber.org: “Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu gündən alyans 31 ölkədən ibarətdir”. Moravetski əlavə edib ki, güclü tərəfdaşlar Polşanın və bütün dünyanın təhlükəsizliyini təmin edir. Eyni zamanda, hələlik alyansdan rəsmi açıqlama verilməyib.
Aprelin 3-də NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansın bir hissəsi olacağını təsdiqləyib.
Finlandiya 2022-ci ilin mayında İsveçlə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib.
Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb, lakin aprelin 1-də prezident Rəcəb Tayyib Ərdoğan Finlandiyanın ərizəsinin ratifikasiyasını təsdiqləyib.

Stokholmda keçirilən Quran nüsxəsinin yandırılması kampaniyasından sonra İsveçin NATO-ya qəbulu çətinləşib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam