Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İsrailin Ben Qurion aeroportundan uçuşlar dayandırıldı -SƏBƏB

 
İsrailin ən böyük hava limanı olan Ben Qurionda işçilər ölkədəki məhkəmə islahatlarına etiraz olaraq uçuşları dayandırıblar.
Yenixeber.org: Ben Qurion yalnız hava limanına yola düşmüş uçuşları qəbul edəcək. Tətilin başladığını İsraildə hava limanları işçilərinin həmkarlar ittifaqının rəhbəri Pinças İdan elan edib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
“Mən hava limanında uçuşları dərhal dayandırmağı əmr etdim”, -Qəzet cənab İdanın sözlərini sitat gətirir. Həmkarlar ittifaqı izah edib ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının ləğvini elan etməsə, tətil bu gün, martın 27-də başlayacaq.
2022-ci ilin dekabrında Netanyahunun baş nazirliyə qayıtmasından sonra onun hökuməti hüquq sistemi də daxil olmaqla, bir sıra islahatları elan edib.
İslahata əsasən, Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarət parlament çoxluğuna veriləcək və Ali Məhkəməyə hökumətin qərarlarını ləğv etmək də qadağan olunacaq.
Nəticədə ölkədə kütləvi etirazlar başlayıb. Benyamin Netanyahu islahatı dayandırmaqdan imtina edib. O, həmçinin islahatdan əl çəkməyə çağırışından sonra Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantı işdən çıxarıb. Bundan sonra ölkədə aksiyalar bərpa olunub.
Etirazlar fonunda İsrail prezidenti Yitzhak Hersoq islahatın ləğv edilməsini istəyib.
Tətili hava limanı işçilərinin həmkarlar ittifaqı ilə yanaşı, həkimlərin həmkarlar ittifaqı və İsrail universitetlərinin rektorları da elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam