Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

İKT sektorundakı güzəştlərin sahibkarlara yaradacaq imkanlar müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşdə Prezident İlham Əliyevin müvafiq sənədləri imzalaması ilə bu ildən ölkəmizdə İKT sektoruna tətbiq olunan güzəştlərin sahibkarlar üçün yaratdığı geniş imkanları müzakirə edib.
Yenixeber.org: Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və yerli innovasiya ekosisteminin fəal üzvləri arasında dəyirmi masa keçirilib.
Tədbirdə yerli startap icması, innovativ həllər və rəqəmsal inkişaf mühitinin inkişaf etdirilməsinə dəstək olan şirkətlərin rəhbərləri, rəsmi qurumlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari vəziyyəti, müasir çağırışlar, problemlər istiqamətində fikir mübadiləsi aparılıb. Nazir çıxışında ekosistemin inkişafı, gücləndirilməsi ilə bağlı görülən işlər, bu sahədə tətbiq olunan strategiyalar barədə danışaraq İKT sahəsində yaradılan yeni imkanların əhəmiyyətini önə çəkib.
Görüşdə iştirak edən “Ernst and Young” şirkətinin nümayəndəsi Arzu Hacıyeva Azərbaycanda texnoloji ekosistemin inkişafı üçün qanunvericiliyə edilən dəyişikliklərin xülasəsi ilə bağlı təqdimat keçirib.
Sonra tədbir iştirakçıları arasında interaktiv müzakirə baş tutub. Nazir və digər rəsmi şəxslər ekosistemdə gedən proseslər, yeni biznes mühitinin yaradılması ilə bağlı islahatlar, vergi sistemində innovativ şirkətlərin fəaliyyətinə tətbiq edilən imtiyazlar haqqında auditoriyanın suallarını cavablandırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam