"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir" -Ukrayna Baş Qərargahı
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.
Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.
"Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib".
Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. İki ölkə arasında müharibə bir ildir ki, davam edir.