Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Səfərbərlik üsyan və qiyam yarada bilər” -Kremlə xəbərdarlıq

Yenixeber.org: Bunu Donbasdakı separatçılıq hərəkatının banilərindən biri, Rusiya FTX-sının polkovniki İqor Strelkov(Qirkin) Rusiya internet kanallarından birinə müsahibəsində deyib.

Məlum olduğu kimi, Rusiya rəhbərliyinin Ukraynadakı böyük itkilərin yerini doldurmaq üçün daha bir neçə yüz min vətəndaşı səfərbərliyə cəlb etməyi planlaşdırdığına dair məlumatlar yayılır. Qirkin bu addımın əks effekt verəcəyini bildirib: “Çünki bu 500 min nəfəri təmin etmək, silahlandırmaq üçün heç nə yoxdur. Müdafiə Nazirliyinin bu yarım milyon adamı sıraya düzmək, heç olmasa, yedizdirmək və geyindirmək üçün resursları yoxdur. Artıq rabitə, nəqliyyat, bütün növ silahlar və ümumi təminatla bağlı problemlər dillərdə əzbər olub. Əlbəttə ki, belə bir şəraitdə normal səfərbərlik keçirmək mümkün deyil. Müdafiə Nazirliyi indiki reallıqlar daxilində səfərbərlik keçirməklə, vəziyyəti daha da pisləşdirə bilər”.

Xatırladaq ki, fevralın 21-də Vladimir Putinin Federal Məclisə müraciəti gözlənilir. Onun yeni qərarları sırasında səfərbərlik və Ukraynaya rəsmən müharibə elan ediləcəyinə dair maddələrin olduğuna aid mülahizələr irəli sürülür. Ancaq bu müraciətin sıradan bir çıxış olacağını və ciddi dəyişikliklərin gözlənilmədiyini bildirənlər də az deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam