Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İran İsrail tankerinə hücum etdi -Fars körfəzində

Yenixeber.org: Britaniyanın dənizdə təhlükəsizlik üzrə şirkəti “Ambrey Intelligence” Ərəbistan dənizində üç gəminin pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qaldığını bildirib. Şirkət hücumun arxasında Tehranın olduğunu ehtimal edir.

İsrail gəmisinə pilotsuz təyyarə ilə hücum İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsi tərəfindən həyata keçirilib.

KİV-in məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində İsrailli iş adamı Eyal Oferə məxsus “Campo Square” tankerinə “Şahed” pilotsuz təyyarələrini buraxıb. Pentaqon və digər müdafiə nazirliklərindəki mənbələr bu məlumatı təsdiqləyib.

Yaxın Şərqdəki hərbi mənbələrə əlavə olaraq, ABŞ ordusundan bildirilib ki, onların fikrincə, keçən cümə günü hücumda “Şahed” pilotsuz uçan aparatından istifadə edilib.

Mənbələrin bildirdiyinə görə, eyni bölgədə "Pacific Zicron" və "Mercer Street" tankerləri də hücuma məruz qalıb.

Səudiyyə Ərəbistanı xəbər agentliyi eyni bölgədə Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmiyə də oxşar hücumun həyata keçirildiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam