Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Dağıstandan olan müqaviləli əsgərlər Ukraynada döyüşməkdən imtina ediblər

 

Dağıstandan olan 136-cı motoatıcı briqadanın müqaviləli əsgərləri Ukraynadakı müharibə zamanı komandanlığın əmrinə tabe olmaqdan imtina edərək bölmənin Buynakskdakı daimi dislokasiya məntəqəsinə (63354 saylı hərbi hissə) qayıdıblar.

“Yenixeber.org” “Kavkaz.Realii” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbçi Zaur Batırxanovun inzibati işinin materiallarından məlum olub.

Sənədlərdən məlum olur ki, 2022-ci ilin martında cəbhəyə çağırılan Batırxanov və onun bir neçə həmkarı “xüsusi tapşırıqları yerinə yetirmək üçün ezamiyyətdə olarkən cəmləşmə zonasında atəş mövqeyi tutmaq əmrinə tabe olmaqdan boyun qaçırıblar. Batırxanov barəsində kobud intizam pozuntusu ilə bağlı protokol tərtib edilib və o, hərbi xidmətdən xaric edilib. Qalan əsgərlərin başına gələnlər barədə məlumat verilmir. Hadisələrin dəqiq və nə vaxt baş verdiyi də məlum deyil. İyulda “The Moscow Times” qəzeti yazıb ki, mart ayında Buynakskda yerləşən 63354 saylı hərbi hissənin 300 hərbçisi özbaşına silahlarını yerə qoyub və onların işdən çıxarılmasını gözləmədən Ukraynanı tərk ediblər. O zaman hərbçilər özünü DXR elan edən ərazidə idilər. Onlar forma və silahla bağlı problemlərin olduğunu iddia ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam