Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Amerika səfirliyi Rusiya vətəndaşlarına müraciət edib

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya xalqına müraciət dərc edib və onu video-çarx şəklində yayıb.

Amerika diplomatik missiyasının müraciəti Telegram-da yerləşdirilib. Bu barədə “Yenixeber.org” saytı “The Rambler”-ə istinadən xəbər verir.

Yazıda deyilir ki, Rusiya və ABŞ “dünyanın üzləşdiyi ən böyük çağırışların öhdəsindən gəlmək üçün mübarizə aparıb və əməkdaşlıq ediblər”. Bundan əlavə, səfirlik bəyan edib ki, Amerika məktəblərində rus ədəbiyyatı tədris olunur, “əsərlər (teatr əsərləri nəzərdə tutulur) bizim ən nüfuzlu mədəniyyət müəssisələrimizdə ifa edilir”.

Yazının sonunda deyilir ki, iki ölkənin “ortaq mədəniyyəti” və ümumi nailiyyətləri var.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib. Moskva öz məqsədlərini Donbass əhalisinin müdafiəsi və Ukraynanın denasifikasiyası və demilitarizasiyası adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam