Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin azad edilmiş ərazilərdə səfəri davam edir

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyətinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə səfəri davam edir.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisi bölmələrdə şəxsi heyətin döyüş hazırlığını yoxlayır və hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanır.

Döyüş növbətçiliyinə cəlb olunan heyətlə görüşən general-polkovnik K.Vəliyev ərazidəki mövcud vəziyyətlə də tanış olub.

Məruzə edilib ki, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün bütün zəruri şərait yaradılıb.

Hərbi qulluqçularla görüş zamanı onların qayğıları ilə maraqlanan Baş Qərargah rəisi şəxsi heyəti bayramlar münasibətilə təbrik edib və qiymətli hədiyyələr verib.

Sonra Baş Qərargah rəisi idarə heyəti ilə görüşərək bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, xidmət zamanı şəxsi heyətin sayıqlığının gücləndirilməsi ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıb.

Görüşdə 2023-cü il ərzində yerinə yetiriləcək tədbirlər barədə ətraflı müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam