Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Separatçı Asatryan gileyləndi:"Belə vəziyyətdə yaşamaq çox dözülməzdir"

Separatçı Asatryan gileyləndi:    "Belə vəziyyətdə yaşamaq çox dözülməzdir"
Dəhliz böhranı İrəvandakı siyasətçilərlə yanaşı, separatçıları da təşviş içində saxlayır. Təsadüfi deyil ki, 2 həftədən çoxdur separatçılar fəal şəkildə artıq məhv olmaq ərəfəsində olduqlarını bəyan edirlər.
Yenixeber.org: Keçmiş qondarma rejimin "müdafiə ordusu"nun mətbuat katibi olmuş Senyor Asatryanın bu mövzuda olan açıqlamaları diqqət çəkir.
“Əziz həmvətənlər! Özünüzə gəlin, nəhayət, gözlərinizi və qulaqlarınızı açaraq birbaşa reallığa baxın... Baxın və özünüzə dörd il əvvəl necə qalib insan, zəfərli, heyrətləndirici və qürurlu olduğunuzu xatırlayın. Belə idiniz. Çünki xalq ordu ilə güclü idi. Ən əsası isə hər kəs öz yerində idi və nə edəcəyini bilirdi. Təəssüf ki, bu gün biz hər şeyi qarışdırmışıq. Nəticədə həyəcan təbili çalınan bir həddə çatmışıq. İnsanların bir hissəsi blokadadan çıxış yolu axtarır. Digər tərəfdə olan ermənilər isə bu ağrı- acımıza biganə qalaraq, üzünü çevirib gündəlik işi ilə məşğul olur. Başa düşürsünüz, bu həqiqətən də qəbuledilməz və dözülməz bir durumdur. Xarici düşmənlərimiz daxildəkilərlə gizli razılığa gəlib hər şeyimizi məhv etdiyi bir reallıqda yaşamaq çox dözülməzdir. Bunu anlayın ki, indiki vəziyyətdə yalnız bir nəfər günahkardır və bu adam kənarda deyil, içimizdədir”, - separatçı Paşinyanı bəlaların əsas günahkarı kimi göstərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam