Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib

Yenixeber.org: Belə ki, hakimiyyətə müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Səsvermədən əvvəl parlamentdə təmsil olunan müxalifət və iqtidar nümayəndələri arasında üç saatlıq gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim “Vətəndaş müqaviləsi” partiyası tərəfindən müsbət qarşılanmayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin təqdim etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda Ermənistanın təcavüz, terror və soyqırımı aktları öz əksini tapıb. (Sputnik Ermənistan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam