Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Prezident:"Azərbaycan BƏƏ ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir"

 

"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir".

Yenixeber.org: Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda yer alıb.

“Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf edib. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, bu ölkənin dost xalqına əmin-amanlıq və rifah arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam