Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

ASAPES-də əcnəbi mütəxəssislərin dərsləri keçirilir -FOTOLAR

IMG

Böyük Britaniyanın Koventri Universitetinin “Biznes və hüquq” fakültəsinin “Marketinq və İdarəetmə Məktəbi”nin “İdman və tədbirlərin idarə edilməsi” üzrə dosenti, “İdman menecmenti” və “İdman markentinqi” üzrə bakalavr ixtisaslarının direktoru, fəlsəfə doktoru Tomas Beyson magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisasında tədris prosesi aparmaq üçün noyabrın 30-dan etibarən Bakıdadır.

Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.

Dekabrın 3-dək davam edəcək səfər zamanı o, qeyd olunan ixtisasın tələbələrinə “İdman maliyyəsi” fənnini tədris edəcək, həmçinin idman menecmenti sahəsində idarəetmə uçotunun tətbiqi və istifadəsi ilə əlaqədar onlara yeni biliklər öyrədəcək.

Bundan başqa, Tomas Beyson biliklərin mənimsənilməsi və maliyyə bacarıqlarının təkmilləşdirilməsi üçün tələbələrin praktiki çalışamalarına və tapşırıqların həllinə də dəstək verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam