Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Oğuzda meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb

 

Oğuz rayonunda meşə ərazisində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

Yenixeber.org:  Meyit Tayıflı kəndi inzibati ərazisində aşkar olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib.

Qeyd olunub ki, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Hazırda fakt araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam