İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Yenixeber.org: Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.