Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Hulusi Akar Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

 

“Tarix yunanıstanlı siyasətçilərin uydurmalarını yox, onların əllərinin körpələrin qanına bulandığını yazacaq”.

Yenixeber.org: Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

O, Yunanıstana xəbərdarlıq edib: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Egeyi məzarlığa çevirən Yunanıstana beynəlxalq qurumlar sanksiya tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət Yunanıstanın bu addımlarına “dayan!” deməlidir”.

Nazir qarşı tərəfi danışıqlar masasına dəvət edib: “Yunanıstan Türkiyəni təhdid olaraq yox, təhlükəsiz və effektiv müttəfiq, qonşu kimi görməlidir. Bu, həm özünün, həm regionun, həm də NATO-nun xeyrinə olar. Yunan xalqı da əmin olmalıdır ki, Türkiyə Yunanıstanla sülhə istiqamətlənmiş gələcəyin tərəfdarıdır. Üçüncü tərəflərdən də gözləntimiz məsələyə beynəlxalq hüquqa və məntiqə uyğun, tərəfsiz və obyektiv yanaşmalarıdır”.

H.Akar vurğulayıb ki, Türkiyə Şimali Kipr də daxil olmaqla Egey və Aralıq dənizinin şərqində hüquq və mənfəətlərini qorumaqda qərarlı və buna qadirdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam