Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistan TŞ:"Sərhəd döyüşlərində Ermənistanın 207 hərbçisi ölüb, 293 nəfər isə yaralanıb"

 

Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 2 nəfər itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

Yenixeber.org: Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində Ermənistanın 207 hərbçisi ölüb, 2 nəfər itkin düşmüş sayılır. Bundan başqa, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.

Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam