Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Putin cəbhə bölgəsinə niyə səfər etmir? –“Hamıdan qorxur və bu qorxu içində yaşayır”

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç efirdə rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbət edərkən deyib.

“Putin yalnız təhlükəsiz bölgələrə səfər edir. DTK-da gözünü qırpmadan tapşırıqları yerinə yetirən, güllə altında döyüşməyi bacaran insanlar var idi. Lakin Putin o adamlardan deyildi. O, heç vaxt DTK-da riskli tapşırıqlarda iştirak etməyib. Sobçakın yanında olub, əmrlər verib, Litvinenkonu və digərlərini bunkerdən öldürdürüb və s. Əlbəttə, bu əməliyyatlar xüsusi bir risk tələb etmir”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, Putin cəbhə xəttinə mümkün səfərlər zamanı ukraynalılardan yox, öz ətrafındakı adamlardan qorxur: “O, Ukraynadan daha çox ətrafındakı mühafizəçilərindən, ofisiantlarından, katibələrindən, və ən əsası, həkimlərindən qorxur. Bir sözlə, o, hamıdan qorxur və bu qorxu içində yaşayır. Belə bir deyim var: “Nə qədər çox pislik edirsənsə və buna niyyətin olursa, bir o qədər çox insanlığını itirirsən”. Bu, çox sadə bir qanundur. Hətta qaranlıq bir qəbiristanlıqda mini ətəkdə gəzən qız da qorxur. Çünki o, bu cür geyinməklə potensial zorakılığa və özünə hücuma şərait yaradır. Bu, psixologiyadır. Putin nüvə çətirinin altında oturub əmrlər versə də, etdiklərinə görə öldürülməkdən qorxur”.

Arestoviç qeyd edib ki, Putin cəbhə bölgəsinə gedərsə, rus hərbçiləri öz prezidentlərini görüb, qorxuya düşə bilərlər: “İstəyirsən ki, o, cəbhə xəttində harasa getsin və bununla əsgərlərini ruhlandırsın? Əmin ol ki, Putin ora getsə, onlar komandirlərinin əslində kim olduğunu görəcəklər. Onu görüb dəhşətə gələcəklər. Məyus olacaqlar. Putini rus əsgərlərinə göstərsən, o zaman rus ordusu nəinki qaçacaq, hətta özünü belə güllələyəcək...”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam